"Fənərbaxça" Nene ilə bağlı qərar verdi

Dorjeles Nenenin "Fənərbaxça"dakı gələcəyi məlum olub.

Newsport.az xəbər verir ki, İstanbul nəhəngi malili vingerlə yollarını ayıracaq. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

Nenenin performansı baş məşqçi Emre Belözoğlunu qane etmir. Klub yanvarda 23 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, "Fənərbaxça" Dorjeles Neneni 2025-ci ilin yayında "Zalsburq"dan 18 milyon avroya transfer edib. Mali millisinin üzvü cari mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right