“Barselona” azarkeşlərinə “Kamp Nou”da əbədi yer ayırır

“Barselona”nın stadionu "Kam Nou"da vəfat edən azarkeşlər üçün xüsusi xatirə məkanı yaradılır.

Newsport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Buradan klubun üzvü olub-olmamasından asılı olmayaraq, bütün azarkeşlər istifadə edə biləcəklər. Onlar vəfat etmiş yaxınlarının külünü stadiondakı xüsusi bölmədə yerləşdirə və ya mərhumun adını xatirə lövhəsində əbədiləşdirə biləcəklər. İstəyənlər öz adlarını da sağ ikən lövhələrə yazdıra bilərlər.

Xatirə lövhəsi üçün qiymətlər:

 10 il – 490 avro
 25 il – 890 avro
50 il – 990 avro

Küllərin saxlanılması üçün xüsusi yerin qiymətləri:

10 il – 2 490 avro
25 il – 4 990 avro
50 il – 5 990 avro

Memorialın ilk mərhələsinin 2027-ci ilin sonunda, ikinci mərhələsinin isə 2028-ci ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

Layihə 1500 kvadratmetr ərazini əhatə edəcək. Burada külün saxlanılması üçün 26 min yer və 9 min xatirə lövhəsi nəzərdə tutulub.

Qeyd edək ki, İspaniyada ölən insanların yandırılması (kremasiya) geniş yayılıb. Rəsmi statistikalara görə ölənlərin təxminən yarısı yandırılır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right