“Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyhel klubun davranış tərzindən narazıdır. O, mankunianların baş məşqçi ilə bağlı seçim üslubunu bəyənmir.
Newsport.az xəbər verir ki, danimarkalı sabiq oyunçu Maykl Karrikin bu şəkildə yola salınmasını doğru saymır: “Məncə, baş verənlər ona qarşı hörmətsizlikdir. Fərqli üslub seçilə bilərdi və daha dürüst davranılmalıydı. Onun hər hansı səhv etdiyinə inanmıram. Böyük bir klubun böyük oyunçularından birinə qarşı davranış şəklindən əsəbiyəm”.
Qeyd edək ki, Karrik tezliklə istefaya göndəriləcək. Klub onunla vidalaşmasa da, artıq argentinalı Mauritsio Poçettino ilə razılıq əldə edib.