"Xilasedici" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib

Voleybolçu kişilərdən ibarət “Xilasedici” komandası Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxıb.

Newsport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Portuqaliyanın “Sportinq” komandasının qonağı olub.

Cütün Bakıda keçirilmiş ilk matçında 2:3 hesabı ilə uduzan komandamız səfərdə eyni hesabla qalib gəlib. İki oyunun yekununda ümumi hesab bərabər olduğundan qızıl setə ehtiyac duyulub.

Həlledici hissədə daha dəqiq oynayan “Xilasedici” qizil setdən də qalib ayrılıb. Bununla təmsilçimiz Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib.

Sportinq – Xilasedici 2:3 (25:21, 18:25, 25:22, 21:25, 13:15)
Qızıl set – 13:15

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right