Mikayıl Cabbarov DÇ-də medal qazanan idmançılarla görüşdü Fotolar

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında, həmçinin Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandaların üzvləri, məşqçilər və federasiyanın rəsmiləri ilə görüşüb.

Newsport.az xəbər verir ki, görüş zamanı beynəlxalq yarışların nəticələri, Azərbaycan güləşinin dünya arenasında mövqeyi, idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıdakı hədəflər ətrafında fikir mübadiləsi aparılıb.

Dünya çempionatında beşinci dəfə qızıl medal qazanan Eldəniz Əzizlinin Azərbaycan güləşi tarixində yeni nailiyyətə imza atması xüsusi qeyd olunub. Sənan Süleymanovun isə 15 illik fasilədən sonra Olimpiya çəkisində dünya çempionu titulunu ölkəmizə qazandırması milli güləş məktəbinin növbəti uğuru kimi dəyərləndirilib.

Mikayıl Cabbarov idmançıları, məşqçiləri və federasiyanın müvafiq strukturlarının nümayəndələrini əldə olunan mühüm nəticələr münasibətilə təbrik edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right