“Neftçi” Yunanıstan klubuna qalib gəldi

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçını keçirib.

Newsport.az xəbər verir ki, H qrupunda “Mikonos”la (Yunanıstan) qarşılaşan “ağ-qaralar” 84:80 hesablı qələbə qazanıb.

Görüş Milli Gimnastika Arenasında keçirilib.

Buna qədər keçirdiyi 5 oyunun hər birində uduzan “Neftçi” hazırda qrupda sonuncu – 6-cı pillədə qərarlaşıb. Komanda növbəti matçını noyabrın 18-də Latviya təmsilçisi “Riqa”ya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right