Azərbaycanın daha bir voleybol klubu avrokubokda mübarizəya başlayıb.
Newsport.az xəbər verir ki, kişilərdən ibarət “Ordu” klubu “Challenge Cup”da ilk oyununu keçirib.
Təmsilçimiz 1/32 finalda Norveçin “Forde VBK” klubu ilə qarşılaşıb. Səfərdə baş tutan görüş voleybolçularımızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Cütün cavab matçı noyabrın 19-da Bakıda keçiriləcək. “Ordu” həmin oyunda da qalib gələcəyi təqdirdə növbəti mərhələyə yüksələcək.