İtaliyanın “Frosinone” klubunun futbolçusu Giorgi Kvernadze qış transfer pəncərəsində bir neçə Avropa klubunun hədəfindədir.
Newsport.az xəbər verir ki, bu haqda tanınmış insayder Ekrem Konur məlumat yayıb.
Bildirilib ki, “Monako”, “Roma”, “Napoli”, Dortmund “Borussiya”sı, “Hall Siti” və “Kristal Pelas” 23 yaşlı vingeri qış transfer pəncərəsində almaq istəyirlər.
Bununla belə, “Frosinone” rəhbərliyi futbolçunu qışda satmaq istəmir. Klub Kvernadzeni mövsümün sonuna qədər komandada saxlamağı planlaşdırır.
Gürcüstan millisinin üzvü 2024-cü ilin yayından “Frosinone”də çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin iyununda başa çatır. Futbolçunun transfer dəyəri 8 milyon avro qiymətləndirilir.