"Monako"nun yarımmüdafiəçisi Mamadu Kulibali qışda komandadan ayrıla bilər.
Newsport.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
"Atletiko" və "Napoli" fransalı oyunçunu transfer etmək istəyir. Klubu Kulubalini satmağın əleyhinə deyil. Onlar 22 yaşlı futbolçunun satışından 30 milyon avro gəlir əldə etməyi planlaşdırırlar.
Qeyd edək ki, Mamadu Kulibali 2019-cu ilin yayında "Monako"nun akademiyasına qoşulub. Fransa U-21 millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.