“Mən də qol vurub anama ürək göstərəcəyəm” Mahirdən maraqlı paylaşım

Azərbaycan millisinin üzvü Mahir Emreli komanda yoldaşı Murad Məmmədovun 2019-cu ildə ona yazdığı mesajı paylaşıb.

Newsport.az xəbər verir ki, həmin mesajda gənc futbolçu olan Murad Emreliyə bu sözləri yazıb:

“Salam, Emreli. Sən qol vurub anana ürək göstərdin. Mən də qol vurub anama ürək göstərəcəyəm, inşallah. Az qalıb, gəlirəm milliyə”.

Kiprin “Pafos” klubunda çıxış edən Məmmədov Emreli ilə eyni komandada oynamaq istədiyini bildirib.

Mahir isə yazışmaları paylaşaraq “2019-cu ildə bunu mənə yazmısan” şərhini verib.

Daha sonra isə o, Muradla milli komanda formasında fotosunu paylaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right