Nərmin Abdinova Avropa çempionu oldu

Azərbaycan təmsilçisi Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.

Bu barədə Newsport.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

18 yaşadək qızların mübarizəsində çıxış edən şahmatçımız VIII turda Polşa təmsilçisi Klara Şçotkanı məğlub edərək ardıcıl səkkizinci qələbəsini qazanıb. Bununla da bütün görüşlərini qalibiyyətlə başa vuran Nərmin Abdinova son turun nəticəsindən asılı olmayaraq Avropa çempionluğunu təmin edib.

Qeyd edək ki, Azərbaycanın U-18 yaş qrupu üzrə qızlar arasında Avropa çempionatında əvvəlki qızıl medalı 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazanıb.

Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right