Rusiya təmsilçisi Usman Nurməhəmmədov və Gürcüstanın sabiq UFC çempionu Merab Dvalişvili ilə insidentdə iştirak edən şəxslər 12 saatdan çoxdur ki, BƏƏ-nin Əbu-Dabi şəhərində saxlanılır.
Bu barədə TASS məlumat yayıb. Bildirilib ki, Nurməhəmmədovun komandasını artıq vəkil ziyarət edib.
Hadisə “Hilton” hotelinin foyesində baş verib. Dvalişvili sosial şəbəkələrdə Nurməhəmmədovu və dostlarını ona hücum etməkdə ittiham edib. Münaqişə zamanı Usman gürcü döyüşçüyə şillə vurub, daha sonra hər iki tərəfin üzvləri davaya qoşulub.
İnsidentin tam görüntüləri də internetdə yayılıb.
Qeyd edək ki, noyabrın 14-də Əbu-Dabidə keçiriləcək “Real American Freestyle” turnirində Dvalişvilinin Marlon Moraeslə qarşılaşması nəzərdə tutulub.