"Neftçi"də istirahət başa çatdı FOTOLAR

“Neftçi” məşqlərini bərpa edib.

Newsport.az xəbər verir ki, “Kəpəz” üzərində qələbədən sonra 4 günlük istirahətə buraxılan “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində məşqə çıxıblar.

Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında keçirilən hazırlıq prosesində milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində, B komandadan bir neçə oyunçu məşqə cəlb olunub.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında növbəti matçını noyabrın 22-də “Araz-Naxçıvan”a qarşı keçirəcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 14:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right