"Şəki" - "Dinamo" matçında 5 qol

Futbol üzrə Azərbaycan II Liqasında X turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, bu gün "Şəki" Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda "Dinamo"nu qəbul edib. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 15-ə yüksəldən "Dinamo" turnir cədvəlinin VI pilləsində qərarlaşıb. 3 xalı olan "Şəki" isə sonuncu yerdədir.

"Şəki" - "Dinamo" 1:4
Qollar: 
T.Məmmədzadə, 75 - Y.Qarayev, 14, N.Muradlı, 28, Z.Bayramov, 90, N.Həsənzadə, 90+2

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right