Azərbaycan güləşçisi Davud Məmmədov Qazaxıstanda keçirilən turnirin qalibi olub

Azərbaycanın yunan-Roma güləşçisi Davud Məmmədov (77 kq) Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilmiş beynəlxalq turnirin qalibi olub.

Newsport.az-ın məlumatına görə, ənənəvi yarışda U-20 milli komandasının məşqçisi Akif Əliyevin rəhbərliyi altında iki Azərbaycan güləşçisi fəxri kürsüyə qalxıb.

D.Məmmədov finalda qardaşı Cavad Məmmədova 3:1 hesabı ilə qalib gəlib.

C.Məmmədov isə gümüş medala sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right