“Kəpəz”də istirahət başa çatdı

Azərbaycan Premyer Liqasının 11-ci turunda “Neftçi” ilə matçdan sonra istirahətə buraxılan “Kəpəz” futbolçuları bu gün bir araya gəliblər.

Newsport.az xəbər verir ki, baş məşqçi Azər Məmmədovun rəhbərliyi altında keçirilən məşq prosesində bir neçə futbolçu iştirak etməyib.

Belə ki, Namik Ələskərov Azərbaycan milli komandası, Viktor Stina Moldova yığması, Şahnur İsmayılov isə U-20-nin düşərgəsindədir.

Bundan başqa, zədələrini tam sağaltmayan David Domgjoni və Azuma Abubakar, eləcə də diz nahiyəsində ağrılar hiss edən Adama Fofana da məşqə qatılmayıb.

Sabahdan etibarən məşqləri intensivləşdirəcək “sarı-göylər” noyabrın 14-də 1-ci Liqa təmsilçisi “Gəncəbasar”la yoxlama görüşündə qüvvəsini sınayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right