“Milan” rəhbərliyi yanvar transfer pəncərəsində heyəti gücləndirməyi planlaşdırır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu üç mövqeyə futbolçu transfer etmək niyyətindədir. Bunlar mərkəz müdafiəçisi, sağ cinah müdafiəçisi və hücumçudur.
“Milan” A Seriyasının 11 turundan sonra 24 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda növbəti oyununu noyabrın 22-də, doğma meydanda “Frozinone”yə qarşı keçirəcək.