“Real” icarə əsasında “Fiorentina”da çıxış edən futbolçusu Franko Mastantuononun inkişafından razıdır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu 19 yaşlı yarımmüdafiəçini “River Pleyt”dən transfer etmək qərarının düzgün olduğuna əmindir. Rəhbərlik argentinalı oyunçunun İtaliyadakı inkişafını müsbət qiymətləndirir və “Fiorentina”nı onun püxtələşməsi üçün ideal mühit hesab edir.
Mastantuono bu mövsümün sonuna qədər icarə əsasında İtaliya klubunda çıxış edəcək. O, indiyədək bütün turnirlərdə 13 oyuna çıxıb və 4 qol vurub. Futbolçunun “Real”la müqaviləsinin müddəti 2031-ci ilə qədər qüvvədədir.