AFFA rəsmisinə UEFA-dan təyinat

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən növbəti təyinat alıb.

Newsport.az xəbər verir ki, o, UEFA Qadınlar Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “OH Leuven” (Belçika) – “HB Köge” (Danimarka) oyununun UEFA nümayəndəsi olacaq.

Matç noyabrın 11-də Belçikanın Leuven şəhərində yerləşən “Den Dreef” stadionunda keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right