Azərbaycan güləşçilərindən 8 medal

Qazaxıstanın Kökşetau şəhərində əməkdar məşqçi Axmetjan Kazımbetovun xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi turnir keçirilib.

Newsport.az xəbər verir ki, memorialda U17 millinin böyük məşqçisi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında 8 güləşçimiz fəxri kürsüyə qalxıb.

Belə ki, Yusif Abdullayev (45 kq), Süleyman Şirinov (51 kq), İbrahim Həsənov (55 kq) və Elcan Həsənov (65 kq) qızıl, Hüseyn Rzazadə (55 kq), Elvin Necəfzadə (92 kq) gümüş, Tunar Həsənov (48 kq) və Nicat Mustafayev (110 kq) isə bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right