“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı

Qadın voleybolçulardan ibarət "Turan" klubu bu gün CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstan təmsilçisi "Maritsa"nı qəbul edib.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən görüş "Turan"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında Bolqarıstanda keçirilən ilk oyunda "Turan" 3:0 hesabı ilə qalib gəlib. Tovuz klubu bugünkü qarşılaşmasında da qələbə qazanaraq CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right