“Üzgüçülük hamı üçün” yarışına start verilir!

Dekabrın 18-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə “Üzgüçülük hamı üçün” yarışı keçiriləcək.

Newsport.az xəbər verir ki, yarışda 9 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Üzgüçülər 14 yaş kateqoriyası üzrə mübarizə aparacaqlar.

Hər yaş kateqoriyasında ölkə üzrə ilk iki yeri tutan iştirakçılar türkdilli dövlətlər arasında təşkil olunacaq “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə vəsiqə qazanacaqlar.

Yarışda iştirak etmək istəyənlər noyabrın 30-dək bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Yarışlar dekabrın 18-də saat 10:00-da qeydiyyat linkində göstərilən üzgüçülük hovuzlarında keçiriləcək.

Qeyd edək ki, iştirakçılar sağlamlıq haqqında arayışı yarış günü saat 08:00-dan 09:00-dək hakimlər heyətinə təqdim etməlidirlər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right