“Mançester Yunayted”in yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az xəbər verir ki, bu barədə “talkSPORT” jurnalisti Aleks Kruk məlumat yayıb.
Onun sözlərinə görə, Mayk Kerriki istefaya göndərməyə hazırlaşan İngiltərə təmsilçisini ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino çalışdıracaq. Tərəflər artıq təyinatla bağlı prinsipial razılığa gəliblər.
Bunun üçün klub ABŞ Futbol Federasiyasına 10 milyon dollar təzminat ödəməlidir.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 10 turdan sonra 8 xalla 18-ci pillədə qərarlaşıb.