Emin Abbasov "Səbail"də prezident müşaviri təyin edildi

“Səbail” Futbol Klubunda yeni təyinat gerçəkləşib.

Newsport.az xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Emin Abbasov daha əvvəl “Xəzər” və “Sabah” klublarının idarəetmə strukturlarında fəaliyyət göstərib. Emin Abbasov jurnalist kimi "Lider" TV-də, "Xəzər" TV-də, ATV-də çalışıb, bir sıra idman verilişlərinin aparıcısı olub. 2011-ci ildə Sportal.az saytını təsis edib.

Xatırladaq ki, "Səbail" klubu Azərbaycan Çempionatının I Liqasında çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right