"Sabah"ın rəqibi aparıcı futbolçusu ilə yollarını ayıra bilər

"Napoli"nin futbolçusu Kevin De Bruyne İngiltərəyə geri qayıda bilər.

Newsport.az "Tuttomercato"ya istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçinin xidmətində "Everton" maraqlıdır.

İtaliyalılar yüksək maaş alan futbolçu ilə yollarını ayırmağa hazırdır. Bu, maaş yükünü azaltmaq üçün atılmış addım olacaq.

"Everton" qışda 35 yaşlı yarımmüdafiəçini icarəyə götürməyə çalışacaq.

O, 2015-2025-ci illərdə “Mançester Siti”də oynayıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda, yanvarın 20-də "Napoli" "Sabah"ın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right