"Strasbur"un müdafiəçisi Lukas Hoqsberq karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Newsport.az xəbər verir ki, "Fənərbaxça" danimarkalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhənginin baş məşqçisi Emre Belözoğlu rəhbərlikdən Hoqsberqin transferini istəyib. "Fənərbaxça" rəhbərliyi 20 yaşlı mərkəz müdafiəçisini yanvarda heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Strasbur" Lukas Hoqsberqi 2025-ci ilin yayında "Norşellann"dan 15 milyon avroya transfer edib. Danimarka U-21 millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.