“Migelin ölümü məni Allaha şükür etməyə vadar etdi” Materatsi

İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi Xesus de Migelin vəfatından sonra Zinəddin Zidanla 2006-cı il dünya çempionatının finalında yaşadığı insidenti xatırlayıb.

Materatsi həmin hadisənin mümkün nəticələrinin daha ağır ola biləcəyini deyib: “Xesus de Migelin ölümü mənə o zaman başıma ciddi bir hadisə gəlmədiyi üçün Allaha şükür etməyə vadar etdi. Həmin qapıçı ilə bağlı hadisə oyun epizodu zamanı ehtiyatsızlıqdan ölümə səbəb olma kimi qiymətləndirilir. Bəs eyni hadisə mənim başıma gəlsəydi?”

Dünya çempionu Zidanın hadisədən sonra ondan üzr istəmədiyini də bildirib. Materatsi 2010-cu ilin noyabrında Milanda, “Milan” – “Real” matçından əvvəl baş tutan görüşün təfərrüatlarını açıqlayıb:“Belə bir imkan var idi, bu, faktdır. Milanda Meliá hotelində qarşılaşdıq. Mən Mourinyo ilə sağollaşıb hoteldən çıxırdım, Zidan isə binanın arxa tərəfində avtomobilini park edirdi. Məni görəndə tərəddüd etdi, hətta getmək istəyirmiş kimi davrandı. Amma özüm ona yaxınlaşaraq əl uzatdım: “Burada, kənar gözlərdən uzaqda qarşılaşmağımıza şadam”. O isə “Narahat olma, belə şeylər olur, hər şey keçmişdə qalıb” dedi. Təəssüf ki, sonradan sözlərindən imtina etdi və məni adi azarkeş hesab etdiyini söylədi”.

Xatırladaq ki, 30 yaşlı de Migel “Andorra”nın qapıçısı Xesus Ovono ilə toqquşmadan sonra dünyasını dəyişib. Materatsi isə 2006-cı il dünya çempionatının finalında Zidanın baş zərbəsi ilə sinəsindən vurduğu futbolçu idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right