“Barselona”nın vingeri Entoni Qordon “Atletiko” ilə keçirilən son oyun (2:1) barədə fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis oyunçu sosial şəbəkə hesabında matçla bağlı bunları yazıb:
“Mükəmməl oyun nümayiş etdirmədik, lakin çətin stadionda, güclü rəqibə qarşı qazanılan bu qələbə çox vacibdir və böyük zəhmət tələb etdi. Yolumuza davam edirik”.
“Barselona” 33 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. “Real” 30 xalla 2-ci, “Atletiko” isə 28 xalla 3-cü pillədə qərarlaşıb. Kataloniya klubu noyabrın 22-də öz meydanında “Vilyarreal”ı qəbul edəcək. Komanda 25 noyabrda isə UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”ın qonağı olacaq.