FIBA Çempionlar Liqası: “Sabah” bu gün Bakıda “Trabzonspor”la görüşəcək

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti oyununa bu gün çıxacaq.

Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Türkiyənin “Trabzonspor” komandası ilə üz-üzə gələcək. Milli Gimnastika Arenasındakı görüş saat 20:00-da start götürəcək.

“Sabah” 3-cü turda Fransanın “Nanter 92” klubunu məğlub edib – 87:80. Azərbaycan çempionu 1-ci turda səfərdə “Ritas”a (Litva) 73:82, 2-ci turda “Trabzonspor”a 83:100 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right