“Sumqayıt”ın legionerlərinə millidən dəvət

“Sumqayıt”ın 2 futbolçusu müxtəlif beynəlxalq turnirlərdə ölkələrinin şərəfini qorumaq üçün yığmalara çağırılıb.

Newsport.az kluba istinadən xəbər verir ki, yarımmüdafiəçi Sedrik Badolo Afrika Millətlər Kubokunun təsnifat mərhələsində Mavritaniya ilə keçiriləcək matçlar üçün Burkina-Faso yığmasına cəlb olunub.

Müdafiəçi İmani Barker isə CONCACAF Millətlər Liqasının B Liqası çərçivəsində keçiriləcək Kayman Adaları və Puerto Riko ilə qarşılaşmalarda Qayana yığmasının formasını geyinəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right