Raul baş məşqçi təyin olundu

İspaniyanın "Ovyedo" klubu Raul Qonsalesin baş məşqçi təyinatını açıqlayıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssislə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.

O, bu vəzfiədə Xulian Fernandes Kaleronu əvəzləyib.

Qeyd edək ki, “Oviedo” hazırda İspaniya Sequndasında 13 turdan sonra 21 xalla 9-cu pillədə qərarlaşıb. Komanda ötən mövsüm La Liqanı sonuncu pillədə başa vurub.

Raul 1994-2010-cu illərdə “Real”da çıxış edib. "Real"ın əfsanələrindən olan keçmiş hücumçu Madrid klubunun heyətində 741 oyunda 323 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right