Azərbaycan əsas milli komandasının heyətində dəyişiklik edilib.
Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib.
Zədə səbəbindən İtaliya B seriyası təmsilçisi "Sampdoriya"nın üzvü olan Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb.
Baş məşqçi Ayxan Abbasov onun əvəzinə “Araz-Naxçıvan” klubunun üzvü Ağadadaş Salyanskini milliyə dəvət edib.