“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin komandanın çıxışını tənqid edib.
“Qırmızı şeytanlar” son turda “Aston Villa” ilə qarşılaşmada növbəti məğlubiyyətə çox yaxın olsa da, əlavə olunmuş dəqiqələrdə vurduğu iki qol sayəsində heç-heçəyə nail olub – 4:4.
Newsport.az “The United Stand”-a istinadən xəbər verir ki, irlandiyalı sabiq futbolçu komandanın düşərgəsindən səsləndirilən fikirlərə inanmağın çətin olduğunu bildirib:
“Komandanın daxilindən səsləndirilən açıqlamalara qulaq asmaq çətindir. Çünki daxilən hiss edirsən ki, bəlkə də, onlar özlərinə qarşı tam səmimi deyillər. Belə olan halda, onların bircə sözünə də necə inana bilərik?”
“Mançester Yunayted” Premyer Liqada 10 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində – düşmə zonasında qərarlaşıb.