Futbol üzrə Azərbaycan II Liqasında X turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bu gün lider "Qaradağ Lökbatan" doğma meydanda "Ağdaş"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 27-yə yüksəldən "Qaradağ Lökbatan" liderliyini davam etdirir. 4 xalı olan "Ağdaş" isə XI yerdədir.