"Araz-Naxçıvan"ın müdafiəçisi Türkiyədə əməliyyat edildi FOTO

"Araz-Naxçıvan"ın müdafiəçisi İssuf Paro ön çarpaz bağın qopması diaqnozu ilə bu gün cərrahiyyə əməliyyatı olunub.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat Türkiyədə, tanınmış həkim Mehmet Binnət tərəfindən yerinə yetirilib.

Müdafiəçi 3 gündən sonra xəstəxananı tərk edəcək. Onun növbəti ilin ilk aylarında fərdi məşqlərə başlayacağı gözlənilir. Qeyd edək ki, futbolçu Misli Premyer Liqasının VIII turunda “Sumqayıt”la keçirilmiş oyunda zədələnib.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right