Bu gün Azərbaycan 2-ci liqasında 10-cu tura yekun vurulacaq.
Newsport.az xəbər verir ki, 3-cü oyun günündə 3 matç keçiriləcək.
"Difai" "Zəngəzur"u, "Şəki" "Dinamo"nu, "Şirvan" isə "Marafon"u qəbul edəcək.
Qeyd edək ki, "Şirvan" - "Marafon" matçının ötən gün oynanılması planlaşdırılsa da, görüş əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
10 noyabr (çərşənbə axşamı)
14:00.“Difai” – “Zəngəzur”
Hakimlər: Kamil Aydınov, Təhmin Cəlilbəyli, Samir Cabbarov, Fəridə Lütfəliyeva
“Palms Sports Futbol Mərkəzi” (IV meydança)
15:00. “Şəki” – “Dinamo”
Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Musayev
Zaqatala OİK stadionu
15:00. “Şirvan” – “Marafon”
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Mehdi Yusifov
Şirvan OİK stadionu