Azərbaycanın futbol millisi təlim-məşq toplanışına başlayıb.
Newsport.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız məşqlərini “Neftçi” klubunun bazasında keçirir.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqasında səfərdə Lixtenşteynlə, noyabrın 16-da isə yoldaşlıq görüşündə Andorra ilə qarşılaşacaq.