"Turan" voleybol klubu bu gün ÇL-in qrup mərhələsinə yüksələ bilər

Qadın voleybolçulardan ibarət "Turan" klubu bu gün CEV Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstan təmsilçisi "Maritsa"nı qəbul edəcək.

Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında Bolqarıstanda keçirilən ilk oyunda "Turan" 3:0 hesabı ilə qalib gəlib. Tovuz klubu bugünkü qarşılaşmasında da qələbə qazansa, CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right