Fransalı futbolçu “Çelsi” ilə “İnter”in hədəfindədir

“Aston Villa”nın yarımmüdafiəçisi Bubakar Kamara bir neçə klubun maraq dairəsinə düşüb.

Newsport.az “Fussballnews”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun çıxışını “Çelsi” və “İnter” izləyir. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır.

Bununla belə, “Aston Villa” futbolçusunu komandadan buraxmaq niyyətində deyil. Həmçinin, onun mümkün transferi ilə bağlı hələlik rəsmi danışıqların aparılmadığı bildirilir.

Fransalı futbolçu cari mövsümdə bütün turnirlərdə 14 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 50 milyon avro qiymətləndirir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right