Hakim Ziyeş Braziliya klubunda RƏSMİ

Braziliyanın "Botafoqo" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, A Seriyası təmsilçisi azad agent statusunda olan Hakim Ziyeşi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mərakeş millisinin üzvü ilə 2028-ci ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Hakim Ziyeşin son klubu ölkəsində "Vidad" olub. Təcrübəli futbolçu daha əvvəl "Tvente", "Ayaks", "Çelsi", "Qalatasaray" kimi klubların formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right