UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda bu gün “Sabah”ı qəbul edəcək “Mançester Yunayted”in təxmini “11-liy”i müəyyənləşib.
Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Maykl Karrik heyətdə bir sıra dəyişikliklər etməyi planlaşdırır.
“Qırmızı şeytanlar” “Old Trafford”dakı matça 4-5-1 sxemi ilə çıxacaq. Komandanın təxmin edilən start heyəti aşağıdakı kimidir:
Qapıçı: Senne Lammens – Belçikalı qolkiper Çempionlar Liqasında ümumilikdə ikinci oyununa çıxmağa hazırlaşır. O, 2023-24 mövsümündə “Antverpen”in heyətində bu turnirdə bir matçda meydana çıxıb.
Sağ cinah müdafiəçisi: Dioqo Dalo – Peşəkar karyerasını “Portu”, “Milan” və “Mançester Yunayted” kimi nəhənglərdə keçirməsinə baxmayaraq, Çempionlar Liqasında o qədər də böyük təcrübəyə malik deyil. Müdafiəçi bu turnirdə cəmi 14 oyunda iştirak edib.
Mərkəz müdafiəçisi: Harri Maquayr – Maquayr “Mançester Yunayted”in əvvəlki Çempionlar Liqası macərasında iştirak edən futbolçulardan biridir. Həmin vaxt uğursuzluqla nəticələnib və “qırmızı şeytanlar” qrupda sonuncu yeri tutub.
Mərkəz müdafiəçisi: Ayden Hiven – Lisandro Martines yeni mövsümün əvvəlində zədə ilə bağlı narahatlıq yaradıb. Qarşıda Mançester derbisi olduğu üçün “Yunayted”in baş məşqçisi risk etmək istəməyə bilər.
Sol cinah müdafiəçisi: Patrik Dorqu – Danimarkalı futbolçu Karrikin komandaya gəlişindən sonra əsasən daha irəli mövqedə istifadə olunur. Lakin Lük Şounun istirahətə ehtiyacı olduğundan, Dorqunun bu gün müdafiəyə qayıtması ehtimal edilir.