"Sabah"ın U-19 komandası da Mançester səfərində

Bu gün "Sabah" klubunun U-19 komandası UEFA Gənclər Liqasında ilk matçına çıxacaq.

Newsport.az xəbər verir ki, təmsilçimiz 1-ci turda İngiltərədə "Mançester Yunayted"in qonağı olacaq.

Mançesterdə keçiriləcək görüş Bakı vaxtilə saat 17:00-da başlanacaq.

Xatırladaq ki, bu klubların əsas komandaları isə "Old-Trafford"da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçda üz-üzə gələcəklər.

Qeyd edək ki, “Sabah”ın U-19 komandası ÇL-in Liqa mərhələsində ümumilikdə altı oyun keçirəcək. Komandanın növbəti turlardakı rəqibləri ardıcıl olaraq “Slaviya” (Çexiya), “Borussiya” Dortmund (Almaniya), “Vikinq” (Norveç), “Barselona” və “Vilyarreal” (hər ikisi İspaniya) olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right