“Sabah”ın ÇL-də tarixi sınağı

“Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq. Newsport.az xəbər verir ki, Azərbaycan çempionu tarixi görüşündə İngiltərə nəhəngi “Mançester Yunayted”lə qarşılaşacaq. Valdas Dambrauskasın komandası bu rəqibi ilə səfərdə üz-üzə gələcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Qeyd edək ki, bu oyunu fransalı hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Villi Delajo olacaq. FIFA referisinə həmyerliləri – yan xətt hakimləri Ervan Finjean və Valentin Evrard kömək edəcəklər. Dördüncü hakim funksiyasını Matye Vernice yerinə yetirəcək. Villi Delajo cari mövsüm ikinci dəfə “Sabah”ın UEFA Çempionlar Liqasındakı oyununa təyinat alır. 33 yaşlı hakim Azərbaycan təmsilçisinin 3-cü təsnifat mərhələsində Danimarkanın “Orhus” kollektivini Bakıda 4 cavabsız qolla üstələdiyi cavab matçını da idarə edib. UEFA Çempionlar Liqası Liqa mərhələsi, 1-ci tur 10 sentyabr 23:00. Sabah – Mançester Yunayted Baş hakim: Villi Delajo (Fransa). “Old Trafford” stadionu.



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right