Banqladeşdə Azərbaycana gələnləri seçirlər

Banqladeş Futbol Federasiyası (BFF) Azərbaycanda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək milli komanda üçün futbolçu seçimlərinə başlayıb. Newsport.az xəbər verir ki, ilkin seçimlər sentyabrın 12-dək ölkənin paytaxtında olacaq. Maraqlıdır ki, ölkənin 8 inzibati bölgəsində BFF tərəfindən akkreditasiya almış akademiyaları təmsil edən ümumilikdə 320 futbolçu hazırda özünü sınayır. Hər akademiyaya seçimlərə 2 futbolçu göndərməyə icazə verilib. Qeyd edək ki, U-15-lərin dünya çempionatı 22-31 oktyabrda ölkəmizdə keçiriləcək.



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right