“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “İnter” üzərində qələbədən (2:1) sonra jurnalistin sözlərinə ironik cavab verib.
Newsport.az xəbər verir ki, “Əvvəla, sizi burada, Çempionlar Liqasında yenidən görmək xoşdur. Sanki heç getməmisiniz”- deyə jurnalist bildirib.
Təcrübəli baş məşqçi isə gülümsəyərək xanım jurnalistin səhvini düzəldib: "Mən ötən mövsüm burada "Benfika" ilə oynamışdım".
Qeyd edək ki, portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi “Benfika” ötən mövsüm Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləyib və burada “Real”a məğlub olub.
Mourinyo yayda "Benfika"dan ayrılıb və 13 il sonra ikinci dəfə “Real”a baş məşqçi təyin edilib.