Renat Ukrayna klubunda

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu bəlli olub.

Hücumçu “Bukovina”ya keçib. Ukrayna klubunun mətbuat xidmətinin məlumatına görə, 27 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Son olaraq Polşada “Motor” klubunda çıxış edən Renat karyerası ərzində Portuqaliyanın “Eştoril”, “Pasuş de Ferreyra”, “Tondela”, İsveçrənin “Qrasşopper”, İngiltərənin “Vulverhempton”, Türkiyənin “Hatayspor” və “Ankaragücü” klublarında da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right