Türkiyə I Liqasının ən dəyərli 5 futbolçusunun adı açıqlanıb.
Newsport.az xəbər verir ki, “Transfermarkt”ın araşdırmasına görə, siyahının ilk 4 pilləsində “Bursaspor”un oyunçusu yer alır. I Liqanın ən dəyərliləri arasında Azərbaycan millisinin üzvü Toral Bayramov da var. Sol cinah müdafiəçisi 2 milyon avroluq qiymətlə liqanın ən bahalı 4-cü futbolçusudur. Toral yalnız komanda yoldaşları Linkoln (3,5 milyon avro), Keleçi İhenaço (3 milyon) və Juergen Elitimdən (2,5 milyon) geri qalır.
Qeyd edək ki, “Bursaspor” 6 turdan sonra 15 xalla ikinci pillədə qərarlaşır.