"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda bu gün "Sahah"ı qəbul edəcək "Mançester Yunayted" yubiley matçına çıxacaq. Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" qitənin ən nüfuzlu klub turnirində 300-cü oyununu keçirəcək. Turnirin 3 dəfə qalibi olan və ötən mövsüm avrokuboklardan kənarda qalan İngiltərə nəhəngi iki ildir Çempionlar Liqasında iştirak etmirdi. "Sabah" isə tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində oyuna çıxacaq. Qeyd edək ki, "Old-Trafford"da keçiriləcək "Mançester Yunayted" - "Sabah" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right