"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib

"Qarabağ" komandasının sabiq futbolçusu Hüseyn Əhmədov vəfat edib.

Newsport.az xəbər verir ki, bu haqda QOL.az saytına Ağdam klubunun kapitanı olmuş Səttar Əliyev məlumat verib. "Saşa" ləqəbli sabiq qapıçı 77 yaşında Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.

1949-cu ildə Ağdam rayonunda anadan olmuş H.Əhmədov 1970 və 80-ci illərdə "Qarabağ" komandasında çıxış edib.

Bir vaxtlar "Neftçi", "Avtomobilçi"də də oynayan H.Əhmədov 1988-ci ildə "Qarabağ" komandası ilə birgə Azərbaycan çempionu adını qazanıb. 

Allah rəhmət eləsin!





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right