Xose Luis Mendilibar Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.
Newsport.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı 2027-ci ilin iyununa qədər olan müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, Medilibar 2024-cü ilin fevralından "Oimpiakos"u çalışdırırdı. Komanda onun rəhbərliyi altında ölkə çempionu olub, Yunanıstan Kubokunu və Superkubokunu qazanıb. Həmçinin Yunanıstan futbolu tarixində ilk dəfə olaraq avrokubok titulunu – 2023/24 mövsümündə UEFA Konfrans Liqasını qazanıb.